15 iyun 2016 13:00
Azərbaycan millisindən Rusiya klubu üzərində qələbə
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Rostovu təmsil edən OİK-2 komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.
Futbolçularımızdan Xaqani Sadıqov dubl edib. Bir qolun müəllifi isə Samir Qurbanov olub.
