15 iyun 2016 12:30

Fəhmin Muradbəyli: Avroliqada yaxşı nəticə qazana bilərik

"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəylinin azerisport.az saytına müsahibəsi

- Yeni mövsümə və Avropa Liqasına hazırlıq necə gedir?
- Artıq üç gündür toplanışa start vermişik. Məşqlərimizi davam etdiririk. Hər şey qaydasındadır.

- Avroliqada bu heyətlə neçə mərhələ keçməyə ümid edirsən?
- Komandamız gənc futbolçulardan təşkil olunub. Amma biz mümkün qədər çox mərhələ keçməyə çalışacağıq. Ümid edirəm ki, bu istəyimizə nail ola biləcəyik.

- Komandanı gücləndirmək üçün neçə futbolçu almağa ehtiyac var?
- Yəqin ki, transferlər olacaq. Yeni gələnlərlə birgə Avroliqada yaxşı nəticə qazana bilərik.

- Yeni mövsümdən Premyer Liqa 8 klubla keçiriləcək...
- Bundan xəbərim var. Məncə, darıxdırıcı olacaq. Çempionat komanda sayı çox olanda daha maraqlı keçir. İstənilən halda biz hər oyuna öz futbolumuzu sərgiləmək, qələbə qazanmaq üçün çıxacağıq.

- "Neftçi"nin ən prinsipial rəqibi "Xəzər Lənkəran" artıq çempionatda olmayacaq...
- "Böyük oyun"lar həmişə maraqla qarşılanırdı. Klubların hansı vəziyyətdə, neçənci yerdə olmasından asılı olmayaraq, meydanda əsl mübarizə gedirdi. Lənkəran komandasının bundan sonra çempionatda olmaması faktı çoz üzücüdür. Təəssüf ki, artıq "Böyük oyun"lar olmayacaq.

- Son mövsümü "Neftçi" üçün necə qiymətləndirərdin?
- Azərbaycan futbolunun flaqmanı sayılan klub üçün mövsüm uğursuz alındı. "Neftçi" hər il nəticə qazanmağa borclu olan komandadır.

- Bəs şəxsən sənin üçün?
- Mənim üçün bir qədər uğurlu alındı. Çünki bəzi çempionat və kubok oyunlarında komandama kömək edə bildim. Qollar vurdum, penalti qazandım. Bundan sonra da faydalı olmağa çalışacağam.

- Daha çox yadınızda qalan məqamlar hansılar oldu?
- 4-cü turdakı "Rəvan"la oyun. Əsas heyətdə meydana çıxdım və dubla etdim, 3:1 hesabıyla qalib gəldik. Həmin matç mənim üçün daha yaddaqalan oldu.

- "Neftçi"də Vəli Qasımovun baş məşqçi təyinatından sonra nə dəyişdi ki, komanda özünə gəldi?
- Doğrudan da "Neftçi" onun gəlişindən sonra daha yaxşı oynamağa başladı. Hər məşqçinin öz oyun taktikası var.

- "Neftçi"də sabit çıxış etsəniz də, gənclərdən ibarət yığmamızda heyətə düşə bilmirsiniz. Niyə?
- Məni də gənclər yığmasına çağırmışdılar. Meydana sonradan çıxdım. Bu, baş məşqçinin qərarı idi. Ona hörmətlə yanaşıram. Əsas odur ki, komandamız qələbə qazansın. Mən hər an şansımı gözləyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.