15 iyun 2016 00:05
Kamran Abdullazadə Sumqayıtla müqavilə imzaladı
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Kamran Abdullazadə yeni klubu ilə 1 illik sazişə imza atıb.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü futbolçu mütəmadi olaraq U-15, U-16, U-17 və U-19 milli komandaların şərəfini qoruyub.
