14 iyun 2016 20:00

Liberiya yığmasının futbolçusu Qəbələdə

2016-2017-ci illər mövsümünün hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” yarımmüdafiə xəttini Liberiya yığmasının futbolçusu Teo Luis Uiks ilə gücləndirib.

Kiprin “Ermis” klubunun üzvü olan orta sahə oyunçusu icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.

26 yaşlı futbolçu 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 matç keçirib, 1 qol vurub. Klub karyerasına vətənində başlayan Teo 2007-ci ildə “Vatanqa”da çıxış edib. Sonradan 5 il Türkiyədə legioner həyatı yaşayan liberiyalı “Ankaraspor” (indiki “Osmanlıspor”, 2008-2010), “Ankaragücü” (2009-2010 icarə əsasında, 2010-2012), “Çaykur Rizəspor” (2011 icarə əsasında) və “Göztəpə” (2012-2013) klublarının formasını geyinib. O, Superliqada 50 oyunda 1 qol vurub, 1-ci liqada 46 matça çıxıb. 2013-cü ildə Portuqaliyanın “Maritimo” klubuna keçən Teo 2 il bu komandanın uğurları üçün çalışıb. Uiks bu komandada 35 matçda 5 qola sevinib. Ötən ilin yayında “Ermis”ə transfer olunan yarımmüdafiəçi Kipr çempionatında 27 oyunda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” Teoyadək xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilə imzalayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.