14 iyun 2016 16:30
Namiq Yusifov: Futbolçu karyeramı bitirsəm də, Qarabağda qalıram
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov futbolçu karyerasını başa vurmağa qərar verib. Azerisport.az saytına açıqlamasında bunu 30 yaşlı futbolçu özü bəyan edib:
"Başqa komandada oynaya bilərdim. Amma mən bu komandada qalmağa qərar verdim. Buna görə də Qurban Qurbanovla söhbətləşib, futbolçu karyeramı bitirməyə qərar verdim. Şadam ki, doğma komandamda qaldım. Klub rəhbərliyi də sağ olsun ki, məni "Qarabağ"da saxladı. 2008-ci ildən bu klubda oynayıram. Ona görə də buradakı insanların hamısı mənə əzizdir. Bundan sonra da kluba faydalı olmağa çalışacağam. Qurbanovun yanında olacağam, ona kömək etməyə çalışacağam".
