Ruhid Usubov: İmişli Premyer Liqa üçün darıxıb
"Mil-Muğan"ın kapitanı Ruhid Usubov komandasının Premyer Liqada oynamaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA prezidenti Rövnəq Abdullayevin komandamız barəsində dediyi sözləri oxumuşam. Son mövsümdə komandamız bir sıra maraqlı oyunlar keçirdi, bunu azarkeşlər də gördü, biznesmenlər də. Çox yaxşı komandamız var. Fikrimcə, Premyer Liqada regionlardan nə qdəər çox komanda olsa, bir o qədər yaxşıdır. Birinci diviziondakı oyunlarımıza hər dəfə azı 1500 azarkeş gəlirdi. Deməli, burada futbola maraq var. İmişli Premyer Liqa üçün darıxıb. "MKT-Araz"ın dövründə stadionda boş yer tapmaq olmurdu. Normal maliyyə imkanı olsa, İmişli Premyer Liqada təmsil oluna bilər. Kiçik büdcə ilə də uğur qazanmaq mümkündür. Hansı ki, bunu son mövsümdə "Kəpəz" bacardı".
