14 iyun 2016 14:40
Nurlan Novruzov: Nelson Bonilyanın Zirədən getməsini istəməzdim
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının yeni mövsümü ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA çempionatın 8 klubla keçiriləcəyinə dair qərarını artıq verib. Belə bir çempionatın nə dərəcədə maraqlı olacağını zaman göstərəcək. İndi buna dair nəsə demək çətindir.
"Zirə"nin yeni mövsümdəki hədəflərinə gəlincə, yüksək yerlərdən birini tutmağa, avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Komandadan gedən bəi futbolçulara görə təəssüflənirəm. Xüsusilə də Sadiq Quliyevlə Tatoya görə. "Zirə"nin uğurlarında az payları olmadı. Nelson Bonilyaya gəlincə, onun da mənim kimi, klubla müqaviləsi var. Getməsini istəməzdim".
