14 iyun 2016 14:00
Duysburqun baş məşqçisi: Erat istedadlı futbolçudur
Almaniyanın "Duysburq" klubunun baş məşqçisi İliya Qruyev Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratla hollandiyalı müdafiəçi Mark Flekkeni transfer etmələri ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Markı da, Toğrulu da istedadlı gənclərdən hesab edirəm. Onlar qələbəyə ac futbolçulardır. Mən onları komandamıza cəlb edə bildiyimizə görə çox şadam".
