14 iyun 2016 13:40
Georgi Lomayanın yeni klubu bəlli oldu
"İnter"lə yollarını ayıran gürcü qapıçı Georgi Lomayanın yeni klubunun adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, o, vaxtilə şərəfini qoruduğu Tiflis "Dinamo"suna qayıdıb.
Qeyd edək ki, Lomaya bu komandada 1997-99-cu illər aralığında çıxış edib. 2009-cu ildən isə "İnter"in şərəfini qoruyurdu.
