14 iyun 2016 13:20
Sumqayıtdan Vaqif Cavadov açıqlaması
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu Vaqif Cavadovla yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, adıçəkilən yarımmüdafiəçi klubla 1 illik sazişə imza atıb.
Qeyd edək ki, Vaqif Cavadov 2015/2016 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 16 qarşılaşmada meydana çıxıb (1235 dəqiqə) və 3 qola imza atıb.
