14 iyun 2016 13:00
Neftçi Aqil Məmmədovla yollarını ayırdı
"Neftçi" daha bir futbolçusu ilə vidalaşıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu qapıçı Aqil Məmmədovla yollarını ayırıb.
Ayrılığa səbəb tərəflərin yeni müqavilə ilə bağlı razılığa gələ bilməməsi olub.
Məmmədovun karyerasını ölkə xaricində davam etdirməsi gözlənilir. 27 yaşlı qapıçı 2015-ci ildə "Bakı"dan "Neftçi"yə keçmişdi.
