14 iyun 2016 11:00
Prosineçki rəqibimizin oyununu izləyib
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransaya gedib. Azerisport.az xəbər verir ki, Prosineçki AÇ-2016-nın D qrupunda Tuluza şəhərində keçirilmiş İspaniya – Çexiya oyununu izləyib.
Qeyd edək ki, Çexiya yığmamızın rəqiblərindən biridir.
