14 iyun 2016 00:05
Qarabağ Zenitlə qarşılaşacaq
Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, Ağdam klubu Rusiya "Rostov"u ilə qarşılaşmalı olsa da, planlarda dəyişiklik olub.
Belə ki, "Qarabağ" iyunun 28-də "Rostov"la yox, 4 qat Rusiya çempionu "Zenit"lə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker” klubudur. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.
