13 iyun 2016 17:15
Ruslan Qurbanov: Elitada 12 klubun çıxış edəcəyini gözləyirdim
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Premyer Liqanın növbəti mövsümünün səkkiz klubla keçirilməsinə qərar verilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqada cəmi səkkiz klubun mübarizə aparması pisdir. Amma başqa çıxış yolu da yoxdur. Mən çempionatda 16 klubun iştirak etməsini istərdim. Amma bu qədər komandanı tapmaq müşkül məsələdir. Bu mövsüm elitada 12 klub olacağını gözlədiyim halda, o da olmadı. Artıq klub sayı da azdır, oyunlar da az olacaq".
