13 iyun 2016 13:40
Qəbələnin yeni transferi Türkiyə klubundan imtina edib
"Qəbələ"nin yeni transferi Filip Ozobiç karyerasını Türkiyədə davam etdirə bilərmiş. Azerisport.az qardaş ölkə mətbuatına istinadla xəbər verir ki, xorvatiyalı futbolçuya "Gənclərbirliyi" klubundan da təklif var imiş.
Ozobiç hətta bu keçidə razılıq da veribmiş. Amma sonda o, fikrindən daşınıb və "Qəbələ"yə keçməyə üstünlük verib.
