13 iyun 2016 11:00
AFFA İcraiyyə Komitəsi Premyer Liqa ilə bağlı qərarını verdi
Bu gün AFFA-nın mənzil qərargahında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, gündəlikdə duran əsas və yeganə məsələ növbəti mövsümdə Premyer Liqanın neçə klub və hansı formatla keçirilməsi idi.
Toplantının sonunda məlum olub ki, 8 klubdan başqa heç kim lisenziya problemini yoluna qoya bilməyib. Bu üzdən də Premyer Liqa yeni mövsümdə 8 klubun iştirakı ilə keçiriləcək.
