13 iyun 2016 00:05
İsrafilovun komandası La Liqaya yüksəlmək şansını boşa verdi
İspaniya Sequnda Liqasında La Liqaya yüksəlmək uğrunda yarımfinalın cavab pley-off oyunları baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti oyununu keçirib.
Sözügedən komanda səfərdə "Jirona" ilə qarşılaşıb. Matç ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 1:3. Nəticədə, La Liqaya vəsiqə uğrunda final matçına "Jirona" vəsiqə qazanıb. "Kordoba" isə növbəti mövsümdə də Sequndada mübarizə aparmalı olacaq.
Eddi bu görüşdə iştirak etməyib. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
