12 iyun 2016 15:30
Neftçi məşqlərə başladı
“Neftçi” fasiləyə son qoyub. Azerisport.az xəbər verir ki, iyunun 10-11-də tibbi müayinədən keçən komanda üzvləri bu gün məşqlərə start verib.
Futbolçular iyun ayının 14-nə qədər klubun təlim-məşq bazasında məşq edəcəklər. Komanda üzvləri ayın 14-dən 15-ə keçən gecə təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaqlar.
Qeyd edək ki, “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsindəki oyunlarını iyunun 30-da və iyulun 7-də keçirəcək. Püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq.
