12 iyun 2016 14:30
AFFA Premyer Liqanın neçə klubla keçiriləcəyini sabah açıqlayacaq
Sabah AFFA-nın mənzil qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ Premyer Liqanın yeni mövsümünün neçə klubla və hansı formatda keçirilməsi olacaq.
Qeyd edək ki, hələlik, AFFA cəmi 8 kluba yeni mövsümdə oynamaq üçün lisenziya verib. Klub sayının artıb-artmayacağına məhz sabahkı iclasda qərar veriləcək.
