12 iyun 2016 12:30

Orxan Sadıqlı: Gürcüstan klubuna və Kəpəzə də keçə bilərdim

"İnter"in "Xəzər Lənkəran"dan transfer etdiyi qapıçı Orxan Sadıqlının azerisport.az saytına müsahibəsi

- "İnter"ə keçidinizi necə qiymətləndirərdiniz?
- Bu, həm mənə, həm də kluba faydalı olacaq. Bu komandanın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.

- Niyə məhz "İnter"?
- Burada yaxşı kollektiv formalaşıb. Uşaqların demək olar ki, hamısını tanıyıram. "İnter" isə həmişə uğur qazanmağa çalışan klub olub. Ümid edirəm ki, yeni mövsümdə də etimadı doğruldacağıq.

- Yəqin ki, sizə başqa klublardan da dəvətlər var?
- "İnter"dən başqa daha iki klubdan təklif var idi. Onlardan biri Gürcüstandan idi. "Kəpəz"ə də keçə bilərdim. Amma orada Simaitislə Əliyev var. Qismət "İnter" imiş.

- "İnter"in avrokuboklardan kənarda qalması sizin üçün problem olmadı?
- Xeyr, bu, mənə mane olmadı. "İnter"in həmişə hədəfi, planı olub. İndi bu klub üçün çempionat daha vacibdir. Ümid edirəm ki, istəyimizə çatacağıq.

- Səlahət Ağayevin də geri qayıtdığını nəzərə alsaq, düşünmürsüz ki, ehtiyat qapıçı olacaqsınız?
- Səlahət ölkənin ən yaxşı qapıçılarından biridir. Hər ikimiz klubun uğurları üçün çalışacağıq. "İnter" bizim rəqabətimizdən qazanacaqsa, mən ehtiyatda oturmağa da hazıram. Əsas klubun uğur qazanmasıdır. "Xəzər Lənkəran"da da güclü qapıçılar olub, onlarla rəqabət aparmışam. Amma həmişə komandanın uğurları üçün çalışmışıq.

- XL kimi bir klubun bu vəziyyətə çatdırılmasını necə qarşıladınız?
- Bu klubun məşqçilərinə, rəhbərliyinə minnətdaram ki, məni Azərbaycan futboluna tanıtdırdılar. Orada 9 il oynadım, futbolun sirlərini öyrəndim. Amma hazırda belə bir klubun böyük futboldan getməsi Azərbaycan futboluna mənfi təsir göstərəcək. Bunu yeni mövsümün startındaca görmək olacaq. Heç kim bu cür klubun bağlanmasını istəməzdi. Amma inanıram ki, nə vaxtsa onlar yenidən geri dönəcəklər.

- "Böyük oyun"larda "Xəzər Lənkəran"ı hansı klub əvəz edə bilər?
- Rəqabət çempionatda çoxlu komanda olanda yaranır. Əvvəllər "Neftçi" ilə XL arasındakı oyunlar daha maraqla qarşılanırdı. Ümid edirəm ki, gələcəkdə də belə oyunların şahidi olacağıq. Həm də bu oyunları "Böyük oyun" edən azarkeşlər idi. Bundan sonra isə Bakı derbiləri, "Kəpəz" - "Qəbələ" oyunları maraq doğura bilər.

- 8 klubla çempionata necə baxırsınız?
- Klublara ayın 13-nə kimi vaxt verilib. Haamı komanda sayının çox olmasını istəyir. Amma klubları saxlamaq üçün maliyyə dəstəyi lazımdır. Hansısa komanda mövsümün sonunadək oynaya bilməsə, buna kim cavab verəcək? Bu, çox vacibdir. Şəxsən mən daha çox klub istərdim. Özü də region komandalarını.

- Bu yaxınlarda belə bir məlumat yayıldı ki, "İnter" futbolçularına pul əvəzinə mənzil verir. Bu, belədir?
- Mənimlə belə söhbət olmayıb. Mənimlə müqavilə imzaladılar. Mənzildə yaşamağı və ya bazada qalmağı təklif etdilər. Klubda bu baxımdan hər cür şərait yaradılıb. Ola bilsin ki, buna görə belə söhbətlər yaranıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.