11 iyun 2016 17:00

Ramin Quliyev Qəbələnin əsas komandasında

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, ötən mövsüm Azərbaycan çempionu tituluna yiyələnən əvəzedicilərin baş məşqçisi olan Ramin Quliyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək.

Əvəzedicilərədək akademiyanın aşağı yaş qruplarından olan komandalarında da çalışmış 35 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

Bunadək Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda yer alan Mixaylo Savka və Stepan Matveyevin “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2015-ci ilin yanvarından klubumuzda çalışan ukraynalı məşqçilər ailə vəziyyəti ilə əlaqədar əsas komandadan ayrılıblar.

“Qəbələ” İdman Klubu Mixaylo Savka və Stepan Matveyevə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.