11 iyun 2016 11:00
İnter Türkiyədə beş yoxlama matçı keçirəcək
"İnter" Türkiyədə həyata keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində beş yoxlama matçına çıxmağı planlaşdırır. Azerisport.az xəbər verir ki, paytaxt klubu hələ rəqiblərinin kimliyinə tam aydınlıq gətirməyib.
Xatırladaq ki, "İnter" iyunun 18-dən etibarən İzmirdə hazırlığa başlayacaq. Bir müddətlik Bakıya qayıdacaq "bankirlər" yenidən Ankaraya yollanacaq və hazırlığı da elə orada başa vuracaq.
