11 iyun 2016 00:30

Kəpəz Türkiyə toplanışına əvəzedici heyətin də üç üzvünü aparacaq

İyun ayının 11-dən 21-nə kimi Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçəcək “Kəpəz”lə qardaş ölkəyə əvəzedici heyətin üç üzvü də yollanacaq. Azerisport.az xəbər verir ki, “dubl”dan Əli Səmədov, Fərid Məmmədov və Elcan Rəhimov baş məşqçi Şahin Diniyevin sərəncamında olacaq.

Səmədov ötən mövsümün ilk yarısından sonra əsas komandaya cəlb olunsa da, mütamadi olaraq əvəzedicilərin çempionatında top qovub. Bununla belə, 19 yaşlı yarımmüdafiəçi elitada “sarı-göylər”in heyətində debüt etmək imkanı da qazanıb. O, Premyer Liqanın “Kəpəz” – “Xəzər Lənkəran” oyununda Gəncə klubunda ilk oyununa çıxıb.

Fərid Məmmədova gəlincə, gənc hücumçu “Kəpəz”in Yevlax toplanışlarından birində məşqçilər korpusu tərəfindən sınanıb. Əvəzedicilərin ən sərrast futbolçusu olan Məmmədov vurduğu qollarla diqqəti cəlb edib. O, çempionatda 14 qola imza atıb.
17 yaşlı sol cinah müdafiəçisi olan Elcan Rəhimovun adı Premyer Liqanın son turunda - “Qəbələ” ilə ev oyununda “18-liy”ə daxil edilsə də, arxa xətt oyunçusu meydana çıxmaq şansı əldə etməyib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.