10 iyun 2016 20:00
Ramazan Abbasov: Bu gedişlə Azərbaycan çempionat mini-turnir olacaq
"Rəvan"ın sabiq kapitanı Ramazan Abbasov bu klubla bağlı yaranmış vəziyyətdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəvan"ın Premyer Liqadan imtina etdiyi barədə xəbəri oxudum. Bu, məni çox üzdü. Bunu gözləmirdim. Amma rəhbərlik belə qərar veribsə, nə edə bilərik. Rəhbərlik bizə bu barədə heç nə deməyib. Klub futbolçulara dörd ayın pulunu verməyib.
Növbəti mövsümün 8 klubdan ibarət olmaqla keçiriləcəyini eşitmişəm. Maraqlı çempionat olacaq (gülür). Yəqin ki, növbəti mövsümə qədər altı komandalı çempionata keçərlər. Mini-turnir təşkil edərlər".
