10 iyun 2016 19:00
Rail Məlikov: AÇ-də Türkiyəyə azarkeşlik edəcəyəm
Azərbaycan yığmasının sabiq üzvü, AZAL-ın müdafiəçisi Rail Məlikov bu gün start götürəcək Avropa çempionatı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, bizim üçün qardaş ölkə olan Türkiyə yığmasına azarkeşlik edəcəyəm. Amma təəssüf ki, onlar turnirin favoritləri sırasında deyillər. AÇ-ni qazanmaq uğrunda isə Fransa, eləcə də Almaniya yığmaları mübarizə aparacaq. İspanlar son dövrlər elə də güclü təsir bağışlamır. Məncə, maraqlı turnir olacaq".
