10 iyun 2016 21:50
Yığmamız Sloveniyaya qalib gəldi
19 yaşadək qızlardan ibarət komandalar arasında Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, millimiz Sloveniya komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının əzmkar qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, millimiz ilk oyununda Rumıniyaya 0:4 hesabıyla uduzmuşdu.
U-19-un növbəti görüşü isə iyunun 12-də Türkiyəyə qarşı olacaq.
Azərbaycan - Sloveniya - 2:1 (2:1)
Qollar: Gizəm Tənəkəçi, 26 (1:1). Mərvə Özdəmir, 43 (2:1).
