10 iyun 2016 18:30

Rail Məlikov: AZAL-da maliyyə vəziyyəti düzəlməsə, ayrıla bilərəm

AZAL-ın kapitanı Rail Məlikovun azerisport.az saytına müsahibəsi

- Yenidən Türkiyəyə yollanmağa hazırlaşmırsınız?
- Gedəcəyəm deyə bilmərəm. Amma vəziyyət tələb etsə, gedə bilərəm. Çünki bu ölkənin birinci liqa klublarından təkliflər var.

- AZAL az pul verdiyinə görə getmək istəyirsiniz?
- Klubda maliyyə vəziyyəti düzəlməsə, getmək məcburiyyətində qalacağam. Amma qalmaq istərdim.

- Vitse-prezidentiniz Fikrət Hüseynov dünən deyib ki, klubun büdcəsi artırıla bilər?
- Ümid edirəm ki, elə də olacaq. Büdcəni artırmaq, komandanı gücləndirmək lazımdır. Əks halda uzağa getmək çətin olacaq. Klubla müqaviləm başa çatıb. Amma vəziyyət düzəlsə, yenidən danışa, müqavilə bağlaya bilərik.

- Premyer Liqada cəmi 8 klubun mübarizə aparacağı bildirilir...
- Kobud ifadələr səsləndirmək istəməzdim. Amma bu, gülməlidir. Azərbaycan futbolu tarixində hələ belə şey olmamışdı. "Rəvan"la "Xəzər Lənkəran" bacarmırsa, birinci divizion klubların dəvə etsinlər. Regionlarda yaxşı komandalar var.

- Bəlkə hansısa komandanın mövsümün ortasında çempionatı tərk etməməsi üçün belə edirlər?
- İstək olandan sonra, belə problemlərin yaranmaması üçün hər şeyi etmək olar. "Turan Tovuz" və "Zaqatala"ın elitaya buraxmaq olar. "Neftçala" son iki mövsümdə birinci divizionun qalibi olub. Amma 8 klubla çempionat keçirmək gülməlidir. Ümid edirəm ki, futbol başbilənlərimiz düzgün qərar qəbul edəcəklər.

- Sizə elə gəlmir ki, çempionat 8 klubla keçirilsə, AZAL bu heyətlə autsayder olacaq?
- Klubun yaxşı büdcəsi olsa, komanda autsayder olmaya bilər. Tərlan Əhmədovun bu klub üçün inkişaf proqramı var. Məncə, komanda növbəti mövsüm uğurlu çıxış edə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.