10 iyun 2016 17:00
Millimizin üzvü: AÇ-də Türkiyəyə azarkeşlik edəcəyəm
Azərbaycan yığmasının müdafiəçisi adil Nağıyev bu gün start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıdakı AÇ-də üç favoritim var. Bunlar Fransa, Almaniya və Belçika yığmasıdır. Amma özüm Türkiyə yığmasına azarkeşlik edəcəyəm. Bu komandanı özümə daha yaxın bilirəm. Düzdür, Fatih Terimin komandasının AÇ-ni qazanacağına inanmıram. Amma onlar yarımfinala qədər irəliləyəcək gücdədirlər. Türklərə uğurlar arzulayıram. Açılış oyununda isə Fransa Rumıniyaya böyük hesabla qalib gələcək. Buna əminəm".
