10 iyun 2016 16:30
AZAL-ın xərçəngdən əziyyət çəkən futbolçusu Rusiyada əməliyyat olundu
AZAL-ın xərçəng xəstəliyindən əziyyət çəkən futbolçusu Rüfət Musayevdən yeni xəbər var. Azerisport.az xəbər verir ki, 28 yaşlı oyunçu Rusiyada əməliyyat olunub.
Əməliyyatın uğurlu keçdiyi bildirilir. Həkimlərin sözlərinə, Rüfət tezliklə xərçəngə qalib gəlməlidir.
Qeyd edək ki, bu ilin əvvəlində xəstəliyi aşkarlanan Musayevə kömək etmək üçün Premyer Liqada çıxış edən digər həmkarları da ona müxtəlif maliyyə dəstəyi göstərmişdilər.
