10 iyun 2016 16:00
Ceyhun Sultanov Murad Səttarlının cavabını verdi
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov Murad Səttarlının bu komandada oynamaq istəmədiyinə dair dediklərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"da oynamaq istəmirsə, bu, onun öz qərarıdır. Amma biz ona təklif göndərməmişik və transfer siyahımızda da yoxdur. Onun bizim ünvanımıza dediyi sözlər xoşuma gəlmədi. Çox yuxarıdan danışıb. Muradı indi Azərbaycanda "Sumqayıt"dakı çıxışına görə tanıyırlar. AZAL isə onun karyerasının zirvəsidir. Ona görə də səsləndirdiyi sözlər ucuz reklamdan başqa bir şey deyil. Qoy dediyi sözlərə görə utansın".
