10 iyun 2016 15:30
Rasim Ramaldanov: Türkiyə və Azərbaycan klublarından təklif almışam
Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov "Sumqayıt"dan ayrılmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubla müqaviləmin müddəti bitdiyinə görə komandanı tərk etdim. Yeni müqavilə ilə bağlı söhbətimiz olsa da, razılığa gələ bilmədik. Həm Azərbaycan, həm də Türkiyə klublarından təkliflər var. Bütün variantlara baxdıqdan sonra qərar verəcəyəm. Menecerim hazırda bu məsələ ilə məşğuldur".
