10 iyun 2016 13:40
Arif Əsədov: Çempionatın 8 klubla keçirilməsini istəməzdim
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov Premyer Liqanın yeni mövsümünün 8 klubla keçirilməsi ehtimalına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqada oynatmağa 10 klub tapa bilməməyimiz çox üzücüdür. Növbəti mövsüm 8 klubla keçirilsə, Azərbaycan futbolundakı işsizlərin də sayı artacaq. Təxminən 40-45 futbolçu da işsiz qalacaq. Onlar uzaqbaşı birinci diviziona üz tutacaqlar. Amma təbii ki, buna hamısı razılaşmayacaq. Çempionatdakı oyunların da sayı azalacaq. Səkkiz komanda ilə çempionatın da müəyyən üstünlükləri ola bilər. Gərginlik artacaq. Turnir vaxtilə keçirilən "altılıq" oyunları kimi gərgin keçəcək. Amma yenə də çempionatın belə az komanda ilə keçirilməsini istəməzdim".
