10 iyun 2016 13:00
İnter gürcü müdafiəçiyə təklif göndərdi
"İnter" gürcü müdafiəçisi Zurab Xizanişvilini heyətində saxlamaq istəyir. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bildirib:
"Klub mənə təklif göndərib. Daha bir illik müqavilə bağlamağımı istəyirlər. Amma indi istirahətdəyəm. Qərarımı hələ verməmişəm. Yəni "İnter"ə qayıdıb-qayıtmayacağımı bilmirəm. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək".
