10 iyun 2016 12:20
Qəbələnin sabiq üzvü ilə daha bir klub maraqlanır
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qaya daha bir müştəri çıxıb. Azerisport.az xəbər verir ki, Luqansk "Zarya"sı da bu futbolçunu heyətində görmək istəyir.
Qeyd edək ki, bu komandanı Qayın "Qəbələ"də birgə oynadığı Vitali Vernidubun atası - Yuri Vernidub çalışdırır.
Qeyd edək ki, Qay ilə daha öncə "Çernomorets" (Odessa) və "Vorskla" klubları maraqlanırdı.
