10 iyun 2016 12:00

Arif Əsədov AÇ-də favorit və azarkeşlik edəcəyi komandaları açıqladı

Azərbaycan yığmasının sabiq futbolçusu Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- AÇ-2016 sizin üçün nə dərəcədə maraqlıdır?
- Avropa və dünya çempionatı dünyanın iki ən populyar futbol turniridir. Onlar dörd ildən bir keçirilir və şübhəsiz ki, hər kəs səbrsizliklə gözləyir. Gənclər arasında da olsa, Avropa çempionatında oynamışam. Ona görə də təxminən qitə birinciliyinin atmosferi mənə tanışdır.

- Sizcə, AÇ-nin favoriti hansı komandadır?
- İspaniya, Almaniya, Fransa və İtaliya yenə favoritlər sırasındadır.

- Fransanı xüsusi fərqləndirmək olar?
- Bəli. Turnirin ev sahibidir. Onlar doğma meydanda keçirilən hər iki turnirin qalibi olublar. AÇ-1984-ün və DÇ-1998-in. Ənənəni pozmasalar, yenə Avropa çempionu ola bilərlər.

- Azərbaycanda İtaliya yığmasının azarkeşləri çoxdur və onlar bu komandadan uğur gözləyirlər...
- İtaliya yığması hansı vəziyyətdə olmasından asılı olmayaraq, təcrübəsi ilə irəli gedə bilib. Bu ölkənin yığması böyük turnirlərdə necə oynamaq lazım olduğunu yaxşı bilir. Onlar qrupdan çətinliklə çıxırlar, amma finala qədər irəliləyə bilirlər. Dəfələrlə belə hallar olub. Yenidən təkrarlansa, təəccüblənmərəm.

- Bəs siz kimə azarkeşlik edəcəksiniz?
- İlk növbədə təbii ki, Türkiyə yığmasına. Həmçinin "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin komandasına - Albaniya yığmasına görə də həyəcan keçirməyə dəyər.

- Mümkün terror hadisələri bu turniri korlaya bilərmi?
- Belə söhbətlər futbolçulara pis təsir edə bilər. Ümid edirəm ki, heç bir terror hadisəsi olmayacaq və komandalar da gərginlik altında oynamaq məcburiyyətində qalmayacaq. İnanmıram ki, Fransa kimi ölkə belə bir turnirdə hansısa özbaşnalığa imkan yaradar.

- Yığmamızın üzvləri arasında kiçik sorğu apardıq və bəlli oldu ki, heç biri AÇ-ni izləməyə getməyəcək. Sizə elə gəlmir ki, ən azından bu turniri tamaşaçı kimi izləyib, onun həyəcanını yaşamaq DÇ-2018-in seçmə mərhələsində futbolçularımıza kömək edə bilərdi?
- Bəlkə də siz haqlısınız. Digər tərəfdən mövsüm yenicə yekunlaşıb, yığma üzvləri Avstriya toplanışından bir neçə gün öncə qayıdıblar. Tezliklə növbəti mövsümün hazırlığı başlayacaq. Yəni istirahət üçün vaxt azdır. Amma kimsə bunu çox istəsə, AÇ-2016-nın oyunlarını canlı izləməyə gedə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.