9 iyun 2016 20:00
Laşa Salukvadze: İnterlə yeni müqavilə bağlamamağa qərar verdik
"İnter"in sabiq müdafiəçisi Laşa Salukvadze paytaxt klubundan ayrılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" son mövsümdə uğurlu çıxış etdi. Fikrimcə, elə vəziyyətlə bu cür nəticə çox normaldır. Çünki mövsümün əvvəlində klubun ciddi maliyyə problemləri var idi. Buna baxmayaraq, bütün çətinliklərə sinə gərdik. Düzdür, çempionatın səviyyəsi aşağı düşüb. "Qarabağ" bütün rəqiblərindən fərqlənirdi. Qalan hamısı eyni səviyyəli komandalardır.
"İnter"dən ayrılmağıma gəlincə, yeni müqavilə bağlamamağa qərar verdik. Nəticədə, bu klubu tərk etdim. Onlara uğurlar arzulayıram".
