9 iyun 2016 19:30
Rail Məlikov yenə Türkiyəyə üz tuta bilər
Azərbaycan yığmasının sabiq müdafiəçisi AZAL-dan ayrıla bilər. Azerisport.az xəbər verir ki, o, karyerasını Türkiyədə davam etdirmək variantı barədə düşünür.
Bunu saytımıza təcrübəli futbolçu özü bildirib: "AZAL-la hələ razılığa gəlməmişik. Bu barədə xəbər yoxdur. Mənə həm Azərbaycan, həm də Türkiyə klublarından dəvət var. Amma AZAL-da da qala bilərəm".
