9 iyun 2016 17:20
Fariz Nəcəfov: Neftçi Ruslan Qurbanovu buraxmaq istəməz
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Neftçi"nin hücumçusu Ruslan Qurbanovla maraqlandıqları barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Ruslan Qurbanovla danışıq aparmırıq. Onun "Neftçi" ilə müqaviləsi var və yəqin ki, buraxmaq istəməz. Heç bununla əlaqədar nə futbolçunun özünə, nə də klubuna müraciət etmişik".
