Fikrət Hüseynov: AZAL-ın büdcəsi artırıla bilər
AZAL-ın vitse-prezidenti, AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün baş tutan iclas və qarşıdakı planlar barədə açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Xəzər Lənkəran"la "Rəvan" növbəti mövsüm Premyer Liqada olmasa da, onları da sonuncu dəfə iclasa çağırmağa qərar verdik. Komitə yarananda onlar da bizimlə birgə idilər. Buna görə onları çağırmaq borcumuz idi. Bu görüşdə onlarla sağollaşdıq. Növbəti toplantılarımıza qatılmayacaqlar.
Məndə olan məlumata görə, teleyayıma görə yalnız "Rəvan"a pul ödənilib. Onlara 70 min manat pul verilib. Digər klubların pulu isə legionerlərə görə olan borclara çıxılıb. Bəzi klubların 2-3 illik borcu yığılıb qalmışdı.
AZAL-a gəlincə, klub prezidenti bu gün xaricdən dönəcək. Onunla yaxın günlərdə görüşüb, qarşıdakı mövsümlə bağlı planları müzakirə edəcəyik. Büdcənin arıtırlması gözlənilir. Görüşdə baş məşqçi Tərlan Əhmədov da iştirak edəcək".
