9 iyun 2016 15:40

Fariz Nəcəfov: Artıq əvvəlki imkan yoxdur, büdcə azaldılıb

Azerisport.az sizi "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi ilə tanış edir.

- Sergey Zenyovla Aleksey Antonovun da "Qəbələ"ni tərk etdiyi barədə xəbərlər doğrudur?
- Onların hər ikisi ilə daha bir illik müqaviləmiz var. Özlərinə klub tapsalar, ayrılmağımız mümkündür. Amma hansısa biri qala da bilər. Böyük ehtimalla başqa gedən olmayacaq.

- Bəs Roman Qriqorçukun köməkçiləri - Mixail Savka ilə Stepan Matveyevin gedişinə münasibətiniz necədir?
- Onlar bizə öncədən də demişdilər ki, ailə vəziyyətləri ilə əlaqədar burada qala bilmirlər. Yeni məşqçi axtarmalı olacağıq?

- Məsələn?
- Qapıçılar üzrə məşqçi. Ramin Quliyev də Qriqorçukun köməkçisi ola bilər.

- Komandaya yeni oyunçular cəlb olunacaq?
- Xorvatiyadan olan oyunçu ilə danışıq aparırıq. Kiprdə oynayan Afrika təmsilçisi də var. Həmçinin, hücum xəttinə bir legioner almaq istəyirik. Danışıqlar gedir. Yaxın günlərdə bu məsələlər həll olunmalıdır.

- Avroliqada hədəfiniz nədən ibarət olacaq?
- Ötən il bizdən qrup mərhələsinə düşməyi çox az adam gözləyirdi. Amma biz uğur qazana bildik. İndi də həmin uğuru təkrarlamaq istəyirik. Hazırda komandaya əvəzedici heyətdən 8 futbolçu cəlb olunub. Baş məşqçinin də qarşısına məqsəd qoyulub ki, onların ikisi əsas komandada oynamalıdır. Artıq çoxlu legioner dəvət etməyə imkan yoxdur. Büdcə azaldılıb.

- Gürcüstana toplanışa getmək də büdcənin azaldılması ilə əlaqədardır?
- Bütün məqamları nəzərə almağa çalışmışıq. Viza ilə bağlı mümkün problemləri də.

- Premyer Liqanın yeni mövsümü 8 klubla keçirilə bilər...
- Mən Premyer Liqada 10-12 klub görmək istəyirəm. Amma qərarı başqaları verir. Lakin bir məsələ də var ki, pis stadionlarda oynamaqdansa, elə 8 klubdan ibarət çempionat keçirmək yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.