9 iyun 2016 14:40

"Azərbaycan Avropada 8 klub ilə çempionat keçirən 4-cü ölkə ola bilər ki, bu da çox pis haldır"

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov növbəti mövsümdə Premyer Liqada 8 klubun mübarizə aparacağına dair ehtimallara münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bu gün Klublar Komitəsinin iclasında daha çox legionerlərə görə ödənilən üzvlük haqqını müzakirə etdik. Ramin Musayevi də iclasa dəvət etdik. Ümid edirik ki, AFFA İcraiyyə Komitəsinin iyunun 13-də baş tutacaq növbəti iclasında lehimizə qərar qəbul olunacaq. Biz üzvlük haqqının tam ləğv olunmasını istəmirik, sadəcə, azaldılmasını istəyirik. Çünki klublarda hazırda maliyyə vəziyyəti hər kəsə yaxşı bəllidir. İndi bizdə elə vəziyyət yaranıb ki, Avropada 8 klubla çempionat keçirən dördüncü ölkə ola bilərik. Bu, futbolumuzun imici baxımından çox pis haldır. Ümid edirik ki, bu dəfə təklifimiz keçəcək. Yenə də hər legionerə görə 5 min manat ödəməyi təklif etdik. Bu, bütün klubların istəyidir. Hətta "Qarabağ"la "Neftçi"nin də buna ehtiyacı var. Sponsorlara çətindir. Əvvəllər heç bu məsələni qaldırmırdıq. Amma indi buna ehtiyacımız var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.