9 iyun 2016 14:00

Robert Prosineçki: AÇ-nin favoriti Almaniyadır

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Xorvatiyaya çoxdan idi gəlmirdiniz. Nə əcəb sizdən?
- Azərbaycan yığması ilə Avstriyada təlim-məşq toplanışında idik. Bundan sonra bir neçə gün evə gəlmək imkanım oldu. İndi isə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsini izləmək üçün yola düşməyin vaxtıdı.

- “Park de Prens”də Türkiyə yığmasına necə qalib gəlmək olar?
- Fatih Terim təcrübəli mütəxəssisdir və Türkiyəni Avropa çempionatının finalına çıxarmağı bacardı. Amma ilk oyunda qalib gəlmək üçün Xorvatiya yığmasında bütün lazımi keyfiyyətlərin toplandığını düşünürəm. Digər rəqiblərə gəlincə, Çexiya da çox yaxşı komandadı. İspaniya isə, ümumiyyətlə, turnirin favoritdi.

- Visente Del Boskenin milliyə dəvət etdiyi oyunçuların siyahısını necə şərh edərdiniz?
- Del Boskenin zəngin təcrübəsi var. Kimlərsə təəccüblənə bilər ki, Fernando Torres və Xuan Mata kimi ulduzları milliyə dəvət etməyib. Ancaq buna baxmayaraq, onun komandası turnirin əsas favoritlərindəndi.

- Avropa çempionatı öncəsi San-Marino və Moldovayla yoxlama görüşləri keçirən Xorvatiya yığmasının sparrinq seçimini necə dəyərləndirərdiniz?
- Düşünürəm ki, doğru addımdı. Çünki ağır mövsümdən sonra Almaniya və ya Polşayla oynamaq düzgün olmazdı. Bu, işləri daha da çətinləşdirərdi.

- AÇ-nin favoriti qismində kimi göstərərdiniz?
- Almaniyanı. Yoxlama görüşlərindəki nəticələr adətən aldadıcı olur. Həlledici matçlarda isə daim möhtəşəm oynayırlar. Fransanı da qeyd edərdim. Meydan sahibləri olduğu üçün əksəriyyət onları qitə birinciliyinin həlledici oyunlarınadək irəliləyəcəyini proqnozlaşdırır. Favoritlər sırasında 3-cü yeri isə maraqlı gənc futbolçulara sahib İngiltərəyə verərdim.

(Nova TV)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.