9 iyun 2016 11:40
Orxan Sadıqlı: İnterin uğur qazanması üçün əlimdən gələni edəcəyəm
c Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün "İnter"lə müqavilə imzaladım. Ümid edirəm ki, bu, həm mənə, həm də kluba faydalı olacaq. "İnter"in uğur qazanması üçün əlimdən gələni edəcəyəm. Komandada Səlahət Ağayev kimi qapıçı var. O, ölkənin ən yaxşı qapıçılarından biridir. Çox yaxşı münasibətimiz var. Aramızda yaxşı rəqabət olacaq. Hər birimiz kluba faydalı olmağa çalışacağıq".
