9 iyun 2016 11:00
Klublar Komitəsi mövsümə yekun vurur
Bu gün - iyunun 9-da AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilir. Azerisport.az xəbər verir ki, iclas saat 11:00-da başlayıb.
Tədbirdə son mövsümə yekun vurulacaq, eləcə də legionerlərə qoyulan limit və üzvlük haqqı ilə bağlı müzakirələr aparılacaq.
