9 iyun 2016 00:10
Murad Səttarlı: Sumqayıta keçmək heç mənim planımda yoxdur
AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı "Sumqayıt"ın onu transfer etməkdən imtina etməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mətbuatda "Sumqayıt"ın məndən imtina etdiyi barədə xəbərlər yayılıb. Guya mən zədəyəmeylli futbolçuyam. Bunlar əsassız açıqlamalardır. Birincisi, "Sumqayıt"a keçmək mənim heç planlarımda yoxdur. İkincisi, onlardan mənə təklif gəlməyib. Yəni bunların heç biri olmadan "Sumqayıt"ın məndən imtina etdiyini söyləmək mənasızdır.
Rellığa gəlincə, karyeramı harada davam etdirəcəyim yaxın günlərdə bilinəcək. Fikrimcə, bir həftəyə hər şeyə aydınlıq gəlməlidir".
