8 iyun 2016 19:00
Vidadi Rzayev: Premyer Liqa ilə bağlı nəsə düşünmək lazımdır
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Vidadi Rzayev Topaz Premyer Liqasının yeni mövsümünün 8 klubdan ibarət olmaqla keçirilmək ehtimalından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnana bilmirəm ki, növbəti mövsüm elitada cəmi 8 klub yarışacaq. Azərbaycan üçün bu, çox azdır. Mən əksinə, iştirakçı sayının 12-yə çatdırılacağını düşünürdüm. Dörd dövrə olmayacaqsa, bu komandalar bir-biri ilə nə qədər qarşılaşmalıdır? Dörd dövrə də olsa, oyun sayı azalacaq. Nəsə düşünmək lazımdır. Belə olmaz. Lisenziya ilə bağlı problemlərə baxmayaraq, iki region klubunu elitaya dəvət etmək olar".
