8 iyun 2016 17:30
Zirə Türkiyəni seçdi
"Zirə" yeni mövsümə hazırlıq planlarını müəyyənləşdirməyə davam edir. Azerisport.az xəbər verir ki, Adil Şükürovun yetirmələri böyük ehtimalla iyunun 20-də bir araya gələcək.
Komanda hazırlığın ilk mərhələsində Azərbaycanda məşq edəcək. İyulun ortalarında isə paytaxt klubu Türkiyəyə, Boluya yola düşəcək. Zirəlilər orada bir neçə yoxlama oyunu keçirəcək.
