8 iyun 2016 17:00

Tato: Zirə İspaniya La Liqasında oynaya bilməz

"Zirə"nin ispaniyalı yarımmüdafiəçisi Tato azerisport.az saytına müsahibəsində paytaxt klubundan gedişi barədə danışıb:

- Hazırda nə işlə məşğulsunuz?
- Ailəmlə, dostlarımla birgə İspaniyada istirahət edirəm.

- Azərbaycandakı ilk iliniz barədə nə deyə bilərsiniz?
- Ölkəniz çox gözəldir. "Zirə" də yaxşı kludur. Orada yaxşı insanlar çalışır. Amma qazon mənim üçün əsl problem idi. Ona görə də komandadan ayrılmağa qərar verdim. Çempionatınız isə normal idi.

- Hansı oyunlar sizin daha çox yadınızda qaldı?
- "Zirə" yaxşı mövsüm keçirdi. Əksər oyunlarımız uğurlu oldu. Bunun da nəticəsində ikinci yeri tutduq. Amma uğursuz oyunlar kimi "Rəvan" və AZAL-a minimal hesabla uduzduğumu matçları qeyd edərdim.

- İspaniyada "Zirə"ni tanıyırlar?
- Məni tanıyan hər kəsin bu klub barədə məlumatı var. Amma "Zirə" İspaniya La Liqasında oynaya bilməz. Çünki İspaniya çempionatı dünyanın ən güclü liqalarından sayılır.

- Klub sizi saxlamaq üçün heç bir təklif irəli sürmədi?
- "Zirə"də hər kəslə münasibətim əla idi. Sadəcə, orada qala bilməzdim. Komanda süni örtüklü meydanda oynayır. Bu isə mənim ayaqlarıma ziyandır. Üstəlik, məşqlərimizi də orada keçirirdik.

- Deməli, qazon sizin ayrılmağınızın əsas səbəbidir?
- Bəli. Belə qazonda məşq etmək, oynamaq çox ağırdır.

- Azərbaycanda təbii ot örtüyündə məşq edən, oynayan hansısa kluba transferiniz mümkündür?
- Hələ hansısa klubun məni istəyib-istəmədiyini bilmirəm. Artıq iki aya yaxındır menecerimlə bu mövzuda söhbətim olmayıb. Düzünü deyim ki, indi futbol barədə düşünməməyə çalışıram. İstirahət etmək istəyirəm. Bir həftəyə menecerim mənə zəng edəcək və gələcək taleyimi müzakirə edəcəyik.

- "Neftçi" və "Qarabağ"a keçəcəyinizə dair xəbərlər nə dərəcədə doğrudur?
- Mənim bundan xəbərim yoxdur, hər şeyi menecerim bilir. Amma həm "Neftçi", həm də "Qarabağ" yaxşı klubdur.

- Premyer Liqa növbəti mövsümdən 8 klubla keçirilə bilər...
- Federasiyanız belə qərar qəbul edibsə, deməli, bu, ən yaxşı variantdır. Hər halda federasiya rəhbərliyi də çempionatın güclü olmasını istəyər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.