8 iyun 2016 14:20
Klublar Komitəsi sabah növbəti iclasını keçirəcək
Sabah AFFA Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir saat 11:00-da başlayacaq. Amma toplantının harada baş tutacağı barədə məlumat verilmir.
Qeyd edək ki, görüşdə legionerlərə qoyulan limit və üzvlük haqqının müzakirəyə çıxarılması gözlənilir. Həmçinin KK geridə qalan mövsümə yekun vurmalıdır.
