8 iyun 2016 14:00
Qriqorçukun köməkçiləri və Dodo Qəbələni tərk etdi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun köməkçisi olan həmyerliləri - Mixail Savk ilə Stepan Matveyev Azərbaycana qayıtmayacaq. Azerisport.az xəbər verir ki, onlar ailə vəziyyətləri ilə əlaqədar artıq Qəbələdə çalışmaq istəməyiblər.
Onlarla yanaşı, "Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Dodo ilə də yollar ayrılıb. O, klubla yeni müqavilə imzalamaq istəməyib. Nəticədə, tərəflər yolları ayırmağa qərar veriblər.
Qeyd edək ki, Dodo 2011-ci ildən "Qəbələ"də çıxış edirdi.
